Azərbaycanda ilin ən bahalı klipi çəkildi: Bu geyimin qiyməti 141 min avrodur - FOTO
    • 19-10-2018, 13:24
    • 1 455

Azərbaycanda ilin ən bahalı klipi çəkildi: Bu geyimin qiyməti 141 min avrodur - FOTO

Azərbaycanlı müğənni Elnur Məmmədovun sosial şəbəkədə paylaşdığı görüntülər müzakirələrə səbəb olub. 
Tanınmış ifaçı yeni mahnısı olan "Sevgini unutmaq olmur"dan fraqment paylaşıb və əyninə geyindiyi paltar göz qamaşdırıb. 
Kiçik araşdırmamız nəticəsində məlum olub ki, Elnurun geyindiyi geyim dünyanın ən məşhur brendlərindən olan "Billioner" şirkətinə məxsus imiş.
 
Şirkətin rəsmi saytında bu plaşın qiyməti 131 min avro olaraq göstərilir. 
 
Qeyd edək ki, Elnurun klipi Azərbaycanda bu il çəkilən ən bahalı klipdir. Klipdə qeyri-adi görüntülərin olacağı da istisna olunmur. 

//azxeber.com