-
- 17-08-2018, 13:32
- 1 437
Kliplərinin yayımı qadağan edilən - 8 DÜNYA ULDUZU
Dünya ulduzu olmaq çətindir. Sözügdən statusu əldə saxlamaq isə ondan da müşkül məsələdir.
Son bir neçə il ərzində hər kəsin pərəstiş etdiyi ifaçıların ən böyük problemi yazılan neqativ xəbərlər və şaiyələr deyil, ərsəyə gətirdikləri klip və mahnıların senzuraya qurban getməsidir.
News24.az olaraq öz ölkəsi də daxil olmaqla dünyanın bir neçə ölkəsində qadağaya məruz qalan ulduzları təqdim edirik:
Britni Spirs - “Work Bitch”
Klip 1 oktyabr tarixində YouTube video portalında təqdim edilib. Elə həmin gün də Britaniya telekanallarında yayımı qadağan olunub.
Dünyaca məşhur “MTV” və “Music Box” kanalları ifaçının menecerləri əlaqə saxlayaraq ekran işinin senzuralı versiyasının və mahnının adını dəyişməyi xahiş edib.
Madonna - "Girl Gone Wild"
İfaçının klipi telekanallar deyil, məhz YouTube tərəfindən qadağan edilib. Daha dəqiq desən, ekran işində yer alan homoseksual səhnələr tənqidçiləri narahat edib və klipə yaş məhdudiyyəti qoyulub.
Buna görə də Madonna və komandası "Girl Gone Wild"ın daha qapalı versiyanı hazırlayıb.
PSY – Gentleman
Bu mahnı məşhur qrupun ikinci hiti olsa da öz ölkəsinin telekanallarında yayımına qadağa qoyulub.
Buna səbəb isə ekran işində yer alan anti-sosial mesajlardır.
Belə ki, görüntülərdə ifaçı “Burada park etmək olmaz” yazısına təpik vurur, qadınlarla kobud rəftar edir.
Hadise – Sıfır tolerans
Türkiyənin tanınmış müğənnisi Hadise də senzuradan yan qaça bilməyənlər sırasındadır.
Onun “Sıfır tolerans” klipi RTÜK tərəfindən “Erotika” kateqoriyasına əlavə edilib.
Maykl Cekson – “Earth song”
Mərhum pop-kral Maykl Ceksonun bir mahnısının ABŞ-da qadağan olunmasını bəlkə də bir çoxlarınız bilmirdiniz.
İfaçının məhz “Earth song” mahnısı bütün Amerika üzrə senzuraya məzur qalıb. Bəstə nə radiolarda səsləndirilib, nə də musiqi mağazalarında satılıb.
Prodüser Bill Bottrell açıqlamasında “Bu mahnı təbiət üzərində zorakılıqdan bəhs etdiyi üçün qadağaya məruz qalıb” demişdi.
Lady Gaga və Beyons – “Telehpone”
Ekran işi 2010-cu ildə Conas Okerlandın rejissoruluğu ilə işıq üzü görüb. Təxminən 10 dəqiqəlik klipdə L.Gaga məhkum obrazındadır və həbsxanadan qaçır. Həmçinin kütləvi qətllər həyata keçir.
Buna görə də Britaniya telekanalları hətta müasir MGT kanalı sögedən klipi yayımlağa cəsarət etməyib.
Rihanna – S&M
Rihannın bu klipi nə az, nə çox düz 11 ölkədə qadağan olunub.
Səbəbi isə klipdə Sadomazoxizm elementlərinin yer almasıdır. “S&M” mahnısını isə radiolar yalnız 19:00-dan sonra yayımlamağa razılıq verib.
Castin Timberleyk - Tunnel Vision
Castinin sözügedən ekran işi də YouTube-un qəzəbinə tuş gəlib.
Beləliklə bu klip də 18+ kateqoriyasına əlavə edilib. Görüntülərdə çılpaq rəqqasələrin rəqsi senzuraya səbəb olub.
Teymur Məmmədov