-
- 17-09-2019, 15:45
- 890
Qaxda dəhşətli yol qəzası- xəsarət alanlar xəstaxanaya yerləşdirildi
Səhiyyə Nazirliyi Qaxda baş verən yol nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 3 nəfər xəsarət alaraq Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 32 yaşlı qadın sağ bilək və budun sınığı, 17 yaşlı oğlan Sağ budun sınığı diaqnozu ilə reanimasiya şöbəsinə, 17 yaşlı digər yeniyetmə isə kəllə-beyin travması ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hazırda yaralıların müalicəsi davam edir.
Qeyd edək ki, Qaxda iki avtomobil toqquşub. Hadisə rayonun Xələftala kəndi ərazisində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Afaq Mirayiq