-
- 17-09-2019, 17:55
- 777
İnam Kərimov ADAU-da -FOTO
Kənd Təsərrüfatı naziri İnam Kərimov 2019/2020 tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən (KTN) News24.az-a verilən məlumata görə, görüşdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, nazirliyin müvafiq strukturlarının rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir, fermerlərə subsidiyalar və güzəştli kreditlər verilir: “Həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir. Dövlət tərəfindən göstərilən dəstək nəticəsində bu ilin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz artıb”.
Kənd təsərrüfatının intensiv inkişafının peşəkar kadrlardan birbaşa asılı olduğunu deyən nazir İnam Kərimov qeyd edib ki, aqrar sahənin təməl şərtlərindən biri savadlı, müasir dünyagörüşlü mütəxəssislər yetişdirməkdir: “Aqrar sahə dövlət dəstəyi ilə yanaşı, bu sahədə çalışan insanların, fermerlərin əməyi sayəsində inkişaf edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara ehtiyac getdikcə artır. Məhz bu baxımdan zəngin tarix və ənənələrə malik, yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan Dövlət Aqrar Universiteti ali təhsil məkanında xüsusi yeri və çəkisi ilə seçilir. Bu gün aqrar ixtisas və peşələr ən çox nüfuz qazanan ixtisaslardan sayılır. Azərbaycanda ən çox tələb olunan ixtisaslar aqrar sahə ilə bağlıdır. Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı sektoruna, aqrar təhsil və elminə diqqəti və qayğısı sayəsində Universitetin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, tədris korpusları əsaslı təmir olunub, yeni təsisatlar qurulub. Universitetdə aqrar sahədə çalışan yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün bütün şərait mövcuddur”.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində başlatdığı islahatların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Məzunlara uğur arzulayan icra hakimiyyətinin başçısı vurğulayıb ki, aqrar sahənin inkişafı həm də ADAU-da hazırlanan kadrların yüksək təhsil alması ilə bağlıdır.
Ali təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov son illərdə universitetdə kənd təsərrüfatı və dövlət sifarişli ixtisaslar üzrə təhsil alanların sayının əhəmiyyətli dərəcədə artmasını təqdirəlayiq hal kimi qiymətləndirib. İbrahim Cəfərov universitetin maddi-texniki bazasının müasirləşdirilməsi və rəqabətədavamlı kadr hazırlığının təmin edilməsi, eləcə də yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verib. Rektor mövcud mütəxəssislərin peşə hazırlığının artırılmasının daim diqqət mərkəzində saxlanıldığını deyib, tələbələrin müasir standartlara cavab verən təlim proqramlarına cəlb olunduğunu vurğulayıb.
Daha sonra nazir İnam Kərimov kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüşüb. Qəbul imtahanında yüksək nəticə əldə edən tələbələrə mükafatlar verilib. Tədbirdə çıxış edən tələbə və valideynlər aqrar təhsilə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Nazir İnam Kərimov ADAU-nun Mühəndislik fakültəsinin əsaslı təmir olunmuş mərtəbəsi, “Erasmus+” proqramı çərçivəsində Nizami layihəsi üzrə doktorant mərkəzi, Elektron Energetika Laboratoriyası, Təlim-Məsləhət Mərkəzi, Biotexnologiya və biokimya laboratoriyası, Bitkiçilik auditoriyası, Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsində elmi-tədqiqat, balıq yetişdirmə laboratoriyalarına baxış keçirib. Yeni fəaliyyətə başlayan ADAU TV internet televiziyasının studiyası ilə tanış olan nazir kollektivə uğur diləyib. Daha sonra nazir İnam Kərimov 1034 yerlik Tələbə Evində tələbələr üçün yaradılan şəraitlə tanış olub. Nazir İnam Kərimov Aqrotexnologiya fakültəsinə, Magistr Hazırlığı Mərkəzinə, Aqrar İqtisadiyyat fakültəsinə, eləcə də tədris-təcrübə təsərrüfatında heyvan kəsimi məntəqəsinə, tədris-təcrübə fermasına baş çəkib. Təsərrüfatda görülən işlər, tələbələrin təcrübi biliklər əldə etməsi üçün yaradılan şərait barədə nazirə məlumat verilib. İnam Kərimov ADAU-nun tədris-təcrübə təsərrüfatının maddi-texniki bazasının təkmilləşdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını deyib. Kənd Təsərrüfatı naziri həmçinin ADAU-nun yeni tədris korpusunun tikinti işləri ilə maraqlanıb.
Qeyd edək ki, 2017/2018-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə 1185, 2018/2019-cu tədris ilində 1292 tələbə qəbul olunub. Bu il universitet tarixində ilk dəfə olaraq tələbə qəbulu ən yüksək həddə - 1315 nəfərə çatıb. 2019/2020 tədris ilində bu ali təhsil ocağına tələbə qəbulu planı 92% yerinə yetirilib.
Ali məktəblərə qəbul imtahanlarında 400 baldan yuxarı toplamış və Azərbaycan Dövlət Aqrar Universitetinin kənd təsərrüfatı ixtisaslarını seçmiş tələbələrə 100 manat, 500 baldan yuxarı toplamış tələbələrə isə 200 manat əlavə təqaüd verilir.
Afaq Mirayiq