Qubada dəhşətli qəzada yaralananlardan daha iki nəfərin vəziyyəti kritikdir SƏHİYYƏ NAZİRLİYİ
    • 18-09-2019, 14:02
    • 719

Qubada dəhşətli qəzada yaralananlardan daha iki nəfərin vəziyyəti kritikdir SƏHİYYƏ NAZİRLİYİ

Qubanın Söhüb kəndində avtomobil dərəyə aşıb. İki nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iki nəfər ağır vəziyyətdə Quba mərkəzi rayon xəstaxanasına aparılır. Ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər. Təcili Tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər.

Afaq Mirayiq