"Heç vaxt diqqətsiz qalmamışam..." - RUHƏNGİZ QASIMOVA
    • 18-09-2019, 17:40
    • 790

"Heç vaxt diqqətsiz qalmamışam..." - RUHƏNGİZ QASIMOVA

Prezident İlham Əliyev Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlərinə görə bir neçə mədəniyyət xadimini təltif edib.

News24.az xəbər verir ki, onlardan biri də Əməkdar incəsənət xadimi və bəstəkar Ruhəngiz Qasımovadır.

Qasımova Azərbaycan Respublikası Prezidentinin "Fəxri diplomu" ilə təltif olunub.

Bəstəkar bununla bağlı təəsüüratlarını bizimlə bölüşüb:

"Bu yaşa çatmışam, heç zaman diqqətsiz qalmamışam. Dövlətim xidmətlərimi nəzərə alıb zəhmətimi yüksək qiymətləndirib. Ona görə də prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.  Məni sayıb-axtaranlara, təbrik edənlərə, bir sözlə hər kəsə minnətdarlığımı bildirirəm". 

Sevda Bayramova