Gömrükdə pirotexniki vasitələr AŞKARLANDI
    • 18-09-2019, 16:31
    • 663

Gömrükdə pirotexniki vasitələr AŞKARLANDI

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes -Benz E300" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Avtomobilə gömrük baxışı zamanı minik maşınının yük yerində ehtiyat təkər olan hissəsində vətəndaşın gömrük nəzarətindən gizlətdiyi, üzərində "Magic Shots 20 S" yazılan 370 ədəd fişəng aşkarlanıb.