“Nizami” stansiyasında eskalatorun əsaslı təmiri başa çatdı
    • 18-09-2019, 17:53
    • 784

“Nizami” stansiyasında eskalatorun əsaslı təmiri başa çatdı

Cari ilin iyun ayında texniki normativlərin tələbinə uyğun olaraq əsaslı təmirə dayandırılmış “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatoru istismara verilib.

“Bakı Metropoliteni” QSC-dən News24.az-a verilən məlumata görə, ötən müddət ərzində qurumun müvafiq sahəsi eskalatoru sökərək, təftiş edib, təmir işləri aparıb, zəruri hissələri yeniləyib. Quraşdırma və sınaq-tənzimləmə işlərindən sonra müvafiq baxış keçirilərək eskalatorun istismar vəziyyəti, təhlükəsizlik tələblərinə uyğunluğu, görülən işin keyfiyyəti qiymətləndirilib.

Onu xüsusi vurğulamaq lazımdır ki, bu tip eskalatorlar 110.000 km-ə yaxın qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.

Afaq Mirayiq