-
- 18-09-2019, 22:51
- 2 081
Bir yaşından uşaqlara üyüdülmüş yumurta qabığı verilməlidir
Qədim təbabət kitablarında tərkibinə yumurta və qabığı, bəzilərində isə yalnız qabığı daxil olan reseptlərə tez-tez rast gəlinir.
News24.az xəbər verir ki, Macarıstan alimləri yumurta qabığının faydalı olmasını tədqiqatlarla sübuta yetirməyə çalışmışlar. Tədqiqatların nəticələri göstərmişdir ki, yumurta qabığı orqanizm tərəfindən asanlıqla həzm edilən zəngin kalsium mənbəyidir.
Tədqiqatlar nəticəsində sübuta yetirilib ki, yumurta qabığının 90 faizi kalsium karbonatdan ibarətdir. Yalnız belə kalsium orqanizm tərəfindən asanlıqla həzm edilir. Üstəlik, yumurta qabığında mis, ftor, dəmir, manqan, molibden, fosfor, kükürd, sink, silisium və bir çox digər vacib mikroelementlər vardır. Gündəlik rasionumuz silisium və molibden sarıdan kasaddır, halbuki həmin elementlər biokimyəvi reaksiyaların normal gedişi üçün zəruridir.
Yumurta qabığı balaca uşaqlara da çox faydalıdır. Bir yaşından etibarən uşaqlara mütləq üyüdülmüş yumurta qabığı verilməlidir, çünki körpə orqanizmdə sümük toxuması durmadan inkişaf edir. Xüsusən qanı aşağı və raxit uşaqların yeməyinə yumurta qabığı əlavə etmək lazımdır.