Beynəlxalq Müsabiqədə AzTV əməkdaşının  "Uşaqlıg"ından DANIŞILACAQ
    • 19-09-2019, 11:33
    • 747

Beynəlxalq Müsabiqədə AzTV əməkdaşının "Uşaqlıg"ından DANIŞILACAQ

Azərbaycanlı yazıçı-dramaturq, AZTV-nin əməkdaşı Ülviyyə Heydərovanın əsəri beynəlxalq müsabiqədə mükafatlandırılacaq əsərlər siyahısına salınıb. 

News24.az-ın xəbərinə görə, "Uşaqlıq"  monopyesi Moskvada keçirilən “XXI əsr-ilk hadisə” 2019 Müstəqil Beynəlxalq Müasir Dramaturgiya Müsabiqəsinin “Tənha artist” nominasiyanı üzrə dəyərləndiriləcək.

Müəllif məhz bu pyeslə 2018-ci ildə Almanıyanın Postdam şəhərində Höte İnstitutu tərəfindən keçirilən Next Stage Europe -2018 gənc dramaturqların festivalında Azərbaycanı təmsil edib. Əsər bu yaxınlarda festivalın yekunlarına dair dərc olunan almandilli topluda yer alıb.