Azərbaycanlı şair Nobel mükafatına təqdim edilib
    • 19-09-2019, 20:29
    • 878

Azərbaycanlı şair Nobel mükafatına təqdim edilib

Hazırda Türkiyədə yaşayan tanınmış Azərbaycan şairi Məmməd İsmayılın Rumıniyadan Nobel mükafatına təqdim olunması barədə xəbər yayılıb.
News24.az xəbər verir ki, bu barədə məlumatı şairin özü açıqlayıb.
Bu barədə kulis.az-a danışan Məmməd İsmayılın sözlərinə görə, Rumıniyanın Krayova şəhərində yerləşən Beynəlxalq Ədəbiyyat Akademiyası 2018-ci ildə onu Nobel Mükafatına nazmizəd göstərib:
“O vaxtı belə bir açıqlama vermək doğru olmazdı. Nobel Komitəsi namizədlərin adlarını açıqlamadan bunu heç kimə deyə bilməzdik. Həmin il bəzi problemlər yaşandığı üçün mükafat verilmədi”.
Məmməd İsmayıl təqdimatının gecikdiyini vurğulasa da, gələcəyə ümidlə baxdığını qeyd edib:
“2019 Nobel Komitəsinə təqdimat gecikdi. Vəziyyət hələlik bundan ibarətdir. Gələcəkdə nələrin olacağını isə birlikdə görəcəyik”.