-
- 20-09-2019, 11:47
- 3 811
"Koroğlu" operasında GÖRÜNMƏMİŞ ANŞLAQ - FOTOLAR - VİDEO
Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti tədbir keçirilib.
News24.az xəbər verir ki, sənətsevərlər bu dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bir araya gəliblər. Mədəniyyət ocağında anşlaq yaşanıb.
Qonaqlar üçün dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" üçpərdəli operası nümayış olunub. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar artist Eyyub Quliyevdir. Səhnə əsərinin quruluşçu rəssamı SSRİ-nin xalq rəssamı Tahir Salahov, baletmeystri SSRİ xalq artisti Qəmər Almaszadə, xormeystri əməkdar incəsənət xadimi Sevil Hacıyevdir. "Koroğlu" obrazını əməkdar artist Ramil Qasımov, Nigar obrazını isə əməkdar artist Afaq Abbasova peşəkarlıqla canlandırıblar.
Bununla yanaşı, operada xalq artistləri Fidan Hacıyeva (Xanəndə qız), Əli Əsgərov (İbrahimxan), Əkrəm Poladov (Alı), əməkdar artistlər Cahangir Qurbanov (Həsənxan), Əliəhməd İbrahimov (Təlxək), Bəhram Əliyev (Həmzə bəy), Tural Ağasiyev (vəzir), həmçinin Taleh Yəhyayev (Əhsən Paşa), Nurlan Namazov (Vəli), Firuz Məmmədov (Polad), Nəzər Bəylərov (Eyvaz) rol alıb.
Sözügedən əsər həmçinin bu il üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yeni mövsümünün ilk nümayışı olub. Tamaşa zamanı anşlaq yaşanıb.
Qeyd edək ki, Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-dək davam edəcək.
Hazırladı:
Sevda Bayramova
Video+FOTO: Fərid Şabanov