Qəza keçirən Sayqa:
    • 20-09-2019, 17:33
    • 1 534

Qəza keçirən Sayqa: "Bir anın içində..."

Ötən gün prodüser Sayqa Cahid avtomobil qəzasına düşüb. 

News24.az xəbər verir ki, qəza nəticəsində prodüserin avtomobili yararsız vəziyyətə düşüb: "Dünən Babek prospektində evə gedəndə bir anın içində qəza baş verdi. Qarşıdaki maşınla məsafəm az idi. Qoruyucu yastıqların səsini eşitdim. Çox qorxdum. Şokdan ayağımı qazdan çəkə bilmədim, sağa döndüm və oradaki maşına da xəsarət yetirdim. Nəticədə üç avtomobil əzildi. İnsanlar, DYP-əməkdaşları mənə kömək etdilər, tək olduğumu hiss etmədim. Yastığın gücündən bədənimin müəyyən hissələri sıxılıb. Nə yaxşı ki, orada tək idim. Bundan sonra ilk olaraq oğlumu yığdım. Qəribdədir, qorxar".

Sevda Bayramova