“Şikəst olmağıma baxmayaraq, məni evdən qovdu” - Samir Cavadzadənin qardaşı- ŞOK - EKSKLÜZİV - FOTO
    • 20-09-2019, 18:58
    • 3 495

“Şikəst olmağıma baxmayaraq, məni evdən qovdu” - Samir Cavadzadənin qardaşı- ŞOK - EKSKLÜZİV - FOTO

"Atamın ölümündən sonra Samirlə danışmıram. 4 il özümə qapandım, çıxıb Rusiyaya getdim. Orda həbsxanaya düşdüm. Qayıdandan sonra məni evimə buraxmadılar, bayıra atdılar, qalmışam çöllərdə. Gözümü itirmişəm, dizdən aşağı sümüklərimdə və qabırğalarımda ciddi problemlər var..."

Bu sözləri News24.az-a özünü müğənni Samir Cavadzadənin qardaşı kimi təqdim edən Ramil Cavadzadə deyib: "Samirlə barışmaq istəmişəm, amma alınmayıb. Samir öz bildiyini deyir. Cəzaçəkmə müəssəsində olanda anam, qardaşım, bacım mənimlə əlaqə saxlayırdı, hal-əhvalımı soruşurdular. Samirin sıxıntısı olanda yaxşı qardaş idim, indi isə pis? Rusiyada xanımla yaşayırdım, orada övladım da oldu. Məni məhkəmə işimlə bağlı Bakiya buraxmırdılar. Həyat yoldaşımsa bura gəlib, ailəm onu normal qarşılayb. Nə lazım idisə köməklik edirdim. Düzdür, günahlarım çox olub, razılaşıram. Evdəkilərinin başına oyun açmışam, amma indi pis vəziyyətdəyəm. Şikəst olmağıma baxmayaraq, Samir məni evdən qovdu. Anamdan oğulları arasında seçim etməsini istədi. Anam da Samiri seçdi. Müalicəmin pulunu özüm yığıb Ukraynaya getdim. Qayıdandan sonra onların yeni ünvanlarını tapa bilmədim. Əmim var, kömək edir. Həftədə bir dəfə yanına gedib çörək pulu alıram. Bu nə qədər belə davam edəcək?”. 

Ramil Cavadzadə onu da vurğulayıb ki, Samir Cavadzadə atalarının ölümündə onu günahlandırır: "Atamı Samirin əsgər yoldaşı öldürüb. Günahını mənim boynuma atmaq istəyir. Atama demişəm ki, get, oğlunun dərdini çək. Bilmək olmur qadındır, yoxsa kişi. Bu söhbətə görə atam Samirin olduğu, yəni, öldüyü yerə gedib. Həmin gün atam Samirin telefonundan mənə zəng edib, görüşmək istədiyini bildirdi. Mən ora hazırlaşanda Samir zəng elədi, dedi ki, tez gəl, atanı öldürürlər. İndi Samir bunları boynuna almır. İstəyirəm ki, atamın əsl ölüm səbəbi ortalığa çıxsın".

Məsələylə bağlı müğənni Samir Cavadzadə ilə əlaqə saxlamağa çalışsaq da, dəstəyi götürən tapılmadı. Əvəzinə isə ifaçının prodüseri açıqlama verdi: "Samirin Ramil adında qardaşı yoxdur. Mən elə adam tanımıram. Onların ailələrində iki övlad var. Samir və bacısı..."

Sevda Bayramova