-
- 21-09-2019, 01:26
- 738
Yaşlı çinli bütün varidatını itinə vəsiyyət edib
Çinin Heylunszyan əyalətinin yaşlı sakini ömrü boyu yığdığı 80 min yuanı (12 min dollar) itinə vəsiyyət edib.
News24.az Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Harbin şəhərinin 71 yaşlı sakini Van Szyunyu özünün Efru ləqəbli itinə layiqli “qocalıq təqaüdü” təmin etmək məqsədi ilə həyatı boyu yığdığı bütün pullarının ölümündən sonra yerli heyvan sığınacağına köçürülməsi üçün vəsiyyətnamə imzalayıb. Oğlunu avtomobil qəzasında, həyat yoldaşını isə xəstəlik səbəbindən itirən, bir neçə infarkt və insult keçirən yaşlı çinlinin nigaran qaldığı yeganə “ailə üzvü” həmin itdir.
Heyvan sığınacağının administrasiyası təqaüdçünün pullarını götürməkdən imtina etsə də, itin qayğısına layiqincə qalacağına söz verib.
Bu, sahiblərinin varidatlarını öz ev heyvanlarına vəsiyyət etdiyi ilk hal deyil. Belə ki, İtaliyada 84 yaşlı Kazerte sakini öz itinə 2 milyon avroluq miras qoyub. ABŞ-da isə ekssentrik milyonçu Lesli Ann Mandel tutuquşularına qayğı göstərmək üçün milyonlarla vəsait vəsiyyət edib