Xalq artisti Canəli Əkbərov:
    • 23-09-2019, 13:44
    • 1 812

Xalq artisti Canəli Əkbərov: "HAMINIZDAN QIVRAĞAM"

Bir neçə gün öncə əlil arabasında fotosu yayılan Xalq artisti Canəli Əkbərovdan xəbər var.

News24.az xəbər verir ki, Xəzər Televiziyasında yayımlanan "Hər şey daxil" verilişinə canlı bağlanan Xalq artisti səhhəti ilə bağlı yayılan şayiələrə son qoydu:

"Əslində, mən hamıdan qıvrağam, hamıdan çevikəm. Heç bir problemim yoxdur. Sadəcə, liftlə qalxanda ayağım ilişdi, topuqda bir balaca ağrı əmələ gəldi. Oğlum mənə araba gətirdi. Bilmədim çəkirlər. Heç nə yoxdur!"

Sevda Bayramova