-
- 23-09-2019, 20:07
- 1 468
Lider TV-nin efirində biabırçılıq yaşandı
Lider TV-nın efirində biabırçı səhv buraxılıb.
News24.az "baku.ws"ə istinadən xəbər verir ki, "Gecənin sehrində" adlı verilişin br hissəsi bu il 650 illik yubileyi qeyd edilən dahi İmadəddin Nəsimiyə həsr olunub.
Verilişin qonaqlarından - Rəşad Sultan adlı həkim Nəsiminin məşhur "Ağrımaz" qəzəlindən bir parça söyləyib. Bunun ardınca isə Həsən Seyidbəylinin rejissoru olduğu "Nəsimi" filmindən kadrlar yayımlanıb.
Aparıcı Dilşad Əhmədova ardıcıl iki böyük səhvə yol verib.
Əvvəlcə filmdən verilən kadrları verilişin rejissorunun hazırladığı süjet kimi təqdim edib. Aparıcı təqdimatın ardınca daha bir bağışlanılmaz səhv edib. Həkimin efirdə səsləndirdiyi Nəsiminin "Ağrımaz" qəzəlinin onun özünün yazdığını qeyd edib. Yəni həkimi qəzəlin müəllifi kimi təqdim edib.