-
- 23-09-2019, 21:46
- 815
Fahişəliyə cəlb edilənlərin sayı açıqlandı
Azərbaycanda fahişəliyə cəlbetmə hallarında artım müşahidə olunur.
News24.az xəbər verir ki, 2018-ci ildə 60 nəfər fahişəliyə cəlb olunub.
2016-cı ildə 41, 2017-ci ildə 49 nəfər fahişəliyə cəlb edilib.
2010-cu ildən indiyədək isə ən çox fahişəliyə cəlbetmə halı 2014-cü ildə qeydə alınıb – 76 nəfər.
2019-cu ilin altı ayı ərzində isə 32 fahişəliyə cəlb edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 243-cü maddəsinə görə, gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlbetməyə görə cəzalar nəzərdə tutulub.
Bu cinayəti törədən şəxs iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.