Xəzər Dəniz Gəmiçiliyində çalışan işçinin başına dəmir aşdı
    • 23-09-2019, 22:43
    • 860

Xəzər Dəniz Gəmiçiliyində çalışan işçinin başına dəmir aşdı

35 yaşlı kişinin başına dəmir parçası düşüb. 
News24.az xəbər verir ki, hadisə sentyabrın 21-də axşam saatlarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” mühafizə idarəsində baş verib. 
İdarədə mühafizəçi çalışan 1984-cü il təvəllüdlü E.M. növbədə olarkən başına dəmir parçası düşüb.
O, aldığı xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.