-
- 24-09-2019, 16:29
- 2 529
102 saylı məktəbdə müəllim “qalmaqalı” həllini tapdı
Ötən həftə News24.az-da işıqlandırılan məsələ həllini tapıb.
102 saylı orta məktəbin 3 c sinfinin şagirdlərinə bu il də öz müəllimləri Aysel Musayeva dərs deyəcək.
Bu barədə News24.az-ın sorğusuna Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən cavabda bildirilib. Qurumun mətbuat xidmətindən bildirilir ki, paytaxtdakı 102 nömrəli tam orta məktəbə sosial məzuniyyətdə olan ibtidai sinif müəlliminin yerinə təyin olunmuş Aysel Musayeva ilə bağlanmış müddətli müqavilənin vaxtı bitdiyi üçün 2019-2020-ci dərs ilində ümumi təhsil məktəblərində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilmiş müsabiqədə 55 bal toplayan digər müəllim göndərilib. Sonra həmin müəllim ərazi uyğunsuzluğu səbəbindən bu seçimindən imtina edib. Belə olan halda sosial məzuniyyətdə olan müəllimin yerində öncədən işləyən Aysel Musayevanın həmin sinifdə tədrisə davam etməsinə razılıq verilməsi məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.
Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” qaydalarına əsasən müəllimlərin işə qəbulu müsabiqəsində keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir. Bununla yanaşı, 2019-2020-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil müəssisələrində ibtidai sinif üzrə tutulmayan və ya yeni yaranan vakant yerlərə namizədlərin yerləşdirilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tapşırılıb.
Afaq Mirayiq