-
- 19-09-2019, 18:45
- 1 928
"Öz müəlliməmizi istəyirik"- 102 saylı məktəbdə BÖYÜK QALMAQAL
102 saylı orta məktəbin 3 c sinfinin şagirdləri məktəbə getməkdən imtina ediblər.
Bu barədə News24.az-a 3 c sinfinin şagirdi Quliyev Mirağanın nənəsi Leyla Tahirova bildirib. Onun sözlərinə görə, buna səbəb valideynlərin ibtidai sinfə yeni müəllimənin gətirilməsidır: “Nəvəm keçən il ikinci sinfə keçəndə xəbər verdilər ki, müəlliməni çıxarırlar. Valideynlər narazılıq etdi, müəlliməni qaytardılar. İndi eyni hal yenə təkrarlanır. Biz başqa müəllimənin dərs deməsini istəmirik. Çünki uşaq hər dəfə yeni müəllimə uygunlaşmaq məcburiyyətində qalır. Biz görmüşük ki, ibtidai siniflərə bir müəllim dərs deyər. Yoxsa bunlardakı kimi... Hər il deyirlər təzə müəllim gəlir. Uşaq birinci sinifdə o müəlliməyə öyrəşdiyindən yolumuz uzaq da olsa, məktəbi dəyişmədik. Sentyabrın 14-ü xəbər verdilər ki, müəllimə çıxarılıb, bizim uşaqlarımıza başqa müəllimə dərs deyəcək. Bütün valideynlər bir araya gəlib həm direktora, həm də Bakı şəhər Təhsil İdarəsinə ərizə yazdıq. Eyni zamanda “zavuç”un, direktorun yanına getdik, dedik ki, bu müəllimi dəyişmək uşaqlar üçün travmadır. Yeni müəllimə uşaqları tanımır, onlara öyrəşənədək, uşaqlar ona bələd olanadək azı 6 ay keçəcək”.
Leyla Tahirova onu da əlavə edib kİ, sentyabrın 16-sı uşaqları dərsdə xoşagəlməyən rəftarfla qarşılaşıblar: “Yeni müəllimənin adı Xədicədir. O artıq hiss edirdi ki, valideynlər o biri müəlliməni istəyir, ona görə uşaqlarımıza qarşı aqressiv davranıb. İlk dərs günü xətkeşlə uşaqlara hədə- qorxu gəlib. 2 uşağın dəftərini cırıb, bunu başqa cür də etmək olardı. Uşaqlara “kim sözə qulaq asmasa, çırpacam” deyə qorxudub. Sinifdə cəmi 22 nəfər uşaq var. 16 valideyn bu məsələ ilə bağlı narazılığımızı bildirdik. Qalan 5 nəfər isə sinfə yeni gəlib. 16 valideyn ərizə yazıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərdik. İndi ordan cavab gözləyirik. Neçə gündür ki, uşaqlar məktəbə getmir, amma nə dərs hissə müdiri, nə də direktor maraqlanır ki, uşaqlar niyə dərsə gəlmir. Məktəb rəhbərliyi bu vəziyyətdən narahat olmalı, Təhsil Nazirliyinə, BŞTİ-yə xəbər verməli idilər. Deyirlər ki, müəllimlər imtahanda yüksək bal topladıqda məktəblərə təyin olunurlar. İndi hansısa müəllim yüksək bal toplayacaq deyə, hər il uşaqlarımıza yeni müəllim dərs deməlidir? Axı bunlar ibtidai sinifdirlər, icazə verin 4 ili başa vursunlar, sonra kimi istəyirsiniz, gətirin.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ilə müraciət etdik. Qurumdan sorğuya cavab veriləcəyi bildirilib.
Afaq Mirayiq