-
- 25-09-2019, 13:41
- 800
Bu günədək 720857 hektar sahədə payızlıq əkinlər üçün şum aparılıb
Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir, ümumilikdə bu il 1047136 hektar sahədə payızlıq şum proqnozlaşdırılır.
Kənd Təsərrüfatı Nazirliyindən News24.az-a verilən məlumata görə, sentyabrın 25-dək 720857 hektar sahədə şum aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 294177 hektar artıqdır. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 68,8 faizi şumlanıb.
Ümumilikdə şum prosesinə 2355 traktor cəlb olunub. Ağcabədi (29175 ha), Qobustan (31000 ha) və Salyan (16734 ha) rayonlarında payızlıq əkin şumu tam yekunlaşıb. Füzuli (98,1%), Bərdə (93,8%), Oğuz (93,8%), Kürdəmir (93,6%), Xocavənd (93,5%), Yevlax (91,7%) İmişli (91,2%), Ağstafa (91%), rayonlarında əkin sahələrinin 90 faizdən çoxu şumlanıb. Biləsuvar, Goranboy, Sabirabad, Şamaxı, Şəmkir və Tərtər rayonlarında da şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.