-
- 25-09-2019, 15:50
- 811
ETSN vətəndaşlarımızı polietilen torbalardan İMTİNAYA ÇAĞIRIR
Plastik torbalarla bağlı təkliflər planı hazırdır və razılaşdırma mərhələsindədir".
News24.az xəbər verir ki, bunu ETSN-nin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə mətbuat konfransında bilidirib. Onun sözlərinə görə, plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması, plastik qablaşdırma materiallarından istifadənin tədricən məhdudlaşdırılması, yüngül çəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiq olunması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması ilə bağlı ETSN-in təklifləri müvafiq dövlət qurumlarına təqdim edilib, hazırda razılaşdırılma mərhələsindədir: "Tezliklə qəbul olunsa, biz onların idarə olunmasında və məhdudlaşdırılmasında böyük irəliləyişə nail ola bilərik.
Ətraf mühitin çirklənməsində daha çox paya malik, çox yüngül çəkili polietilen torbalardan (pinqvin) istifadənin qadağan olunması ilə bağlı layihə isə razılaşdırılma mərhələsindən keçib, növbəti prosedurlara hazırlanır.
ETSN vətəndaşlarımızı yenə də polietilen torbalardan imtinaya, alış-veriş zamanı parça torbalardan və həsir zənbillərdən istifadəyə çağırır"..
Afaq Mirayiq