Pivə ilə yanğını söndürdü
    • 25-09-2019, 20:33
    • 828

Pivə ilə yanğını söndürdü

Alman avtomobil aşiqi alovlanmış mühərriki bir neçə şüşə pivə ilə söndürüb.

News24.az xəbər verir ki, bu barədə "Associated Press” məlumat yayılıb.

Bavariyadan Hesbasa gedən avtobanda hərəkət edən kişi qəribə qoxu hiss edib. Bu vaxt o avtomobilin kapotunun alovlandığını görüb.

O, cəld kabindən bir neçə şüşə pivə götürüb və alova töküb. Yanğınsöndürənlər çağırışa gələnədək yanğın söndürülüb.