"Ömrümdə pivə də içməmişəm" — Donald Tramp
    • 2-10-2018, 18:55
    • 893

"Ömrümdə pivə də içməmişəm" — Donald Tramp

ABŞ prezidenti Donald Tramp Ali Məhkəmənin sədri vəzifəsinə namizəd Bretta Kavanonun spirtli içkilərə meyl göstərməsi barədə məlumatı şərh edib.
 Ağ Ev rəhbəri bildirib ki, o özü spirtli içkiləri sevmir və həyatında heç vaxt pivə içməyib. 
"Düşünmürəm ki, o yalan deyir. Mən özüm içmirəm, açığını deyim ki, heç vaxt pivə içməmişəm. İçmirəm. Siz təsəvvür edə bilərsiniz ki, içsəydim, nələr edərdim. Mən dünyada ən pis olardım. Amma heç vaxt içmirəm", - deyə o, jurnalistlər qarşısında çıxışında deyib.
Qeyd edək ki, Tramp heç vaxt spirtli içki qəbul etməyib. Gənc ikən qardaşının alkoqolizmdən vəfat etməsi Trampın qətiyyətli qərar verməsinə səbəb olub.
//Ölkə.Az