-
- 26-09-2019, 10:57
- 945
""Su filtrləri satanlar insanları aldadır" - XƏBƏRDARLIQ
"Su filtrləri satanlar insanları aldadır".
News24.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı İTV-də yayımlanan "3D" verilişində qonaq olan zaman deyib. Onun sözlərinə görə, "Azərsu" su filtri satışı ilə məşğul olan şirkətlərə qarşı mütəmadi olaraq təbliğat işləri aparır. "Əgər suyun tərkibini iki dəmir, TDS-lə öyrənmək mümkündürsə, niyə dövlətlər milyonlar xərcləyib laboratoriya qururlar? Siz eşitmisizmi ki, Bakıda sudan kütləvi zəhərlənmə, yaxud da ölüm olsun? Bu TDS suda ümumi həll olunmuş duzların miqdarını göstərir. Bu gün bizim qüvvədə olan standarlarımıza əsasən, bu göstərci 1500-ə qədər olduğu halda içməyə yararlıdır. Dünya səhiyyə təşkilatının standartlarında isə bu göstərici 1000-ə bərabərdir. Bu gün bizim Abşeron yarımadasına 5 mənbədən verdiyimiz sularda bu göstərici 500-ü keçmir. Bakıda satılan filtrlərin çoxu əks osmos tiplidir. Bunlar cod suların yumuşaldılmasına hesablanmış qurğulardır. Nəticədə suyun tərkibində olan minerallar məhv olur və ölü suya çevrilir".
Nəzrin Həsənova