-
- 7-11-2019, 12:15
- 858
"Su filtrləri özü çirklənmə mənbəyinə çevrilir" - QORXMAZ HÜSEYNOV
"Bakıda "Azərsu"nun suyunu antireklam edərək su filtrlərinin reklamını edirlər"
News24.az-ın xəbərinə görə, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında keçirilən ənənəvi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əslində bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir:
"Çünki həmin filtrlər çox ciddi xidmət tələb edir. Amma bu filterlərin reklamı ilə "Azərsu"nun verdiyi suyun keyfiyyətinə şübhə formalaşdırırlar. Həmin şübhələrin heç bir əsası yoxdur".
Qorxmaz Hüseynov korporativ binalarda suyun çirkli olması məsələsinə toxunub:
"Korporativ binaların özlərinin su anbarları olur. Su anbarları ən azı ildə bir dəfə təmizlənməlidr və yuyulmalıdır. Ancaq təəəsüflər olsun ki, bir çox korporativ binalarda bunu etmirlər. Biz Bakı Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və digər müvafiq qurumlarla birgə bu istiqamətdə monitorinq və maarifləndirmə işləri aparılır”.
Afaq Mirayiq