Ağac qaz xəttinin üzərinə aşdı- 500 abonent qazsız qaldı
    • 26-09-2019, 14:23
    • 682

Ağac qaz xəttinin üzərinə aşdı- 500 abonent qazsız qaldı

Şəki rayonunun Baltanı kəndində güclü küləyin əsməsi nəticəsində böyük bir ağac dametri 76 mm olan qaz xəttinin üzərinə aşıb.

Azəriqaz İB-dən News24.az-a verilən məlumata görə, bundan başqa bir ədəd fərdi tənzimləyici də sıradan çıxıb. Nəticədə 500 abonentin qaz təchizatı dayandırılıb.

Hazırda “Azəriqaz” İB-nin Zaqatala Regional Qaz istismarı İdarəsinin işçiləri qazın bərpası üçün işləri davam etdirirlər.