Şəkidə ağac AŞDI - 500 EV QAZSIZ QALDI
    • 26-09-2019, 15:31
    • 745

Şəkidə ağac AŞDI - 500 EV QAZSIZ QALDI

Şəki rayonunun Baltanı kəndində güclü küləyin əsməsi nəticəsində böyük bir ağac diametri 76 mm olan qaz xəttinin üzərinə aşıb.

“Azəriqaz” İB-dan News24.az-a verilən məlumata görə, bundan başqa bir ədəd fərdi tənzimləyici də sıradan çıxıb.

Məlumata əsasən, nəticədə 500 abonentin qaz təchizatı dayandırılıb. Hazırda “Azəriqaz” İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin işçiləri qazın bərpası üçün işləri davam etdirirlər.