-
- 26-09-2019, 20:16
- 925
30 kişi tərəfindən 2 il təcavüzə məruz qalan uşağın son ismarıcı: "Bağışla, ana"
Hindistanda 12 yaşlı qız düz 2 il öz evində təcavüzə məruz qalıb.
Balaca qız bu haqda öncə gözyaşları içində məktəb psixoloquna danışıb, daha sonra isə polisə müraciət edib: "Ailəmin pula ehtiyyacı var idi. Yaşadığımız mənzilin kirayə pulunu belə ödəyə bilmirik".
News24.az "Daily Mail"a istinadən xəbər verir ki, qızın ailəsi övladını 2 il ərzində 30 kişiyə "satmaqda" təqsirləndirilib. Polis əməkdaşları qızı ailəsindən ayırıb daha təhlükəsiz bir yerə apardıqdan öncə, uşaq, evin taxta qapısına son ismarıcını yazıb: "Bağışla, ana".
Daha sonra, gənc qurban vəkilə öz acı hekayəsini danışıb: "İlk dəfə mənə atamın dostu təcavüz etdi. Ailəmə isə bunun qarşılığında pul verdi. Atam işsiz idi. O, mənə "sataşanlardan" pul yığmaqla məşğul idi".
Qeyd edək ki, qızın atası artıq həbs olunub. Anası isə polislərdən qızını geri qaytarmalarını tələb edib.