Tanınmışlar Mətanət Əsədovaya dəstək oldu
    • 19-08-2018, 11:57
    • 3 491

Tanınmışlar Mətanət Əsədovaya dəstək oldu

Xəbər verdiyimiz kimi, müğənni Mətanət Əsədovanın spirtli içki qəbul etdiyi zaman çəkilən görüntüsü yayılıb. 

Geniş müzakirələrə səbəb olan videoya tanınmış simalar da münasibət bildirib. M.Əsədovaya dəstək olanlar prodüser Tarix Əliyev də var. 
O şəxsi instagram hesabında bunları yazıb:

"Hər vaxtınız xeyir. Əvvəlcədən deyim ki, mən Mətanətlə yaxın dost deyiləm. Sənətini bəyəndiyim sənətçidir və əgər haqqına desəm, sənətkadır. İş burasındadır ki, içki içmək, kişi məclisində oturmaq, nə bilim nə etmək onun şəxsi işidir. Amma mənə maraqlı olan o video Mətanətin süfrənin başında oturan kişiyə "Ata mən də burdayam" deməsidir. Deməli o kişi kimdirsə tanımıram, tanımaq da istəmirəm ona bidirir ki, ay ağsaqqal söyüş söymə. Amma kimsə Mətanəti çəkirsə və bunu Mətanət görür, əhəmiyyət vermir. Deməli hər şeyi gözünün qarşısına gətirib. Bir də ki, bəzi kişilər Mətanətlə eyni süfrədə oturub içməyi özlərinə şərəf bilirsə və sonradan o videonu paylaşırsa, deməli Mətanət bəzi kişilərdən çox hörmətli və dəyərlidir. 

Siz Mətanətin sənətinə dəyər verin. Onun şəxsi həyatında nə etdiyinin sizə aidiyyatı yoxdur. Sabah efirdə bu videonu yayımlayacağam və oradakı kişilərə səslənəcəyəm ki, puldan danışırsinız bəlkə o pullarınızdan bir az mənə göndərəsiniz. Qarşıdan Qurban bayramı gəlir. Kasıbların evinə bazarlıq edəcəyəm. Görüm həmin kişilərin səsi Mətanət qədər çıxacaq?"

Müğənni Nadir Qafarzadə də həmkarına dəstək olub:

"Düşünürəm ki, heç də kişi işi deyil insanları, xüsusən də qadınları gizlin çəkib paylaşmaq. Eşitdiyimə görə bunu edən polis işçisidir. Heç yaraşdırmadım. Çünki Daxili İşlər orqanlarında minlərlə dəyərli polislərimiz çalışır. Belələri isə onların adına ləkə gətirir. Düşünürəm ki, bunu çəkən və paylaşan şəxs lazımı orqanlar və şəxslər tərəfindən layiqi cavabını alacaq.  Camaatın şəxsi işinə qarışmaq olmaz. Guya Azərbaycanda tək içən Mətanətdir? Bir də ki. hələ bilmək olmaz o qədəhin içində araqdır ya limonlu su".