Mətanətdən videosu ilə bağlı açıqlama: "Allahıma and olsun ki..."
    • 19-08-2018, 14:13
    • 2 880

Mətanətdən videosu ilə bağlı açıqlama: "Allahıma and olsun ki..."

Xəbər verdiyimiz kimi, müğənni Mətanət Əsədovanın məclislərdən birində spirtli içki içərkən görüntüləri yayılıb. 

İfaçı məlum videosu bağlı açıqlama edib və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib:

"Allahıma and olsun ki, o limon suyu idi, məni tanıyan hər kəs bilir təzyiqim olur. Yanımda müğənni Valeh İsrafilov da var idi, o limonu adi suya sıxdı.

Vallah, billah mən içkiyə meyilli insan deyiləm. İçki içmirəm hər kəs bilir bunu... Məclis idi oturduq ifa etdim. Söyüş olanda belə rica etdim ki, "ata mən burdayam" içkili insandı özünü ələ alsın, söyüş söyməsin.

Allah bilsin bu işi sifarişli görənlərlə ...”.

//Xeberci.az