Sumqayıtda keçmiş məhkum bıçaqlanaraq ÖLDÜRÜLDÜ
    • 27-09-2019, 11:26
    • 824

Sumqayıtda keçmiş məhkum bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Sentyabrın 25-də saat 21 radələrində Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a bildirilib ki, əlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.  

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini Mətləb Qədirov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.