Bakı sakini bıçaqlanaraq ÖLDÜRÜLDÜ
    • 24-12-2019, 15:39
    • 640

Bakı sakini bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Dekabrın 22-də saat 23 radələrində Xırdalan şəhəri 28 May küçəsindən Bakı şəhər sakini Fikrət Həsənovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin News24.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini olan bir yeniyetmə saxlanılıb.