Baş həkim işdən çıxarılmayıb - NAZİRLİKDƏN AÇIQLAMA
    • 27-09-2019, 11:48
    • 1 006

Baş həkim işdən çıxarılmayıb - NAZİRLİKDƏN AÇIQLAMA

“Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkim vəzifəsini müvəqqəti icra edən Səməd Fətəliyev vəzifəsindən azad edilməsi həqiqətə uyğun deyil”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a bildirilib ki, Səməd Fətəliyev hazırda yenə də baş həkim vəzifəsini müvəqqəti yerinə yetirir.
Qeyd edək ki, mediada Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkim vəzifəsini icra edən Səməd Fətəliyevin tibbi heyətlə son toplantısını keçirərək vidalaşması barədə xəbərlər yayılıb.