-
- 27-09-2019, 15:12
- 1 136
Türkiyədən sonra Azərbaycanda da zəlzələ ola bilərmi? - AÇIQLAMA
Ötən gün Türkiyədə baş verən 5,8 bal gücündəki zəlzələdən və bu gün səhər saatlarına qədər davam edən yeraltı təkanlardan sonra Azərbaycanda da güclü zəlzələnin ola bilmə ehtimalı gündəmə gəlib.
Məsələ ilə bağlı News24.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı hər iki ölkənin seysmoloji bölgədə yerləşməsini vurğulayaraq bunları deyib: “Türkiyədə baş verən zəlzələnin ölkəmizə heç bir təsiri yoxdur. Təbii ki, həm Türkiyə həm də Azərbaycan seysmik bölgədə yerləşir. Amma, hər bir ölkənin öz ərazisində seysmik qırılma xəttləri var. Dünən və iki gün bundan öncə İstanbulda baş verən zəlzələnin qırılma xəttinin Azərbaycanla heç bir əlaqəsi yoxdur”.
V.Rafiqqızı həmçinin ölkə ərazisində seysmoloji aktivliyin olmadığı da bildirib: “Azərbaycan ərazisində hələlik sakitçilikdir. İnşallah hər hansı güclü zəlzələ olmaz. Bununla belə, qeyd etmək istəyirəm ki, Azərbaycanın seysmik bölgədə yerləşməsi vaxtaşırı hiss olunan və hiss olunmayan yeraltı təkanların qeydə alınmasına səbəb olur. Zəlzələnin nə vaxt olacağı barədə heç kim öncədən məlumat verə bilməz”.