Sərxan Mətanət haqqında: "Azərbaycan qadınının adına böyük ləkədir"
    • 20-08-2018, 16:11
    • 3 336

Sərxan Mətanət haqqında: "Azərbaycan qadınının adına böyük ləkədir"

Aktyor və aparıcı Sərxan Kərəmoğlu aparıcısı olduğu verilişdə müğənni Mətanət Əsədovaya sərt sözlər ünvanlayıb. 

O, ifaçını Azərbaycan qadının adına ləkə gətirməkdə günahlandırıb:

"Siz bir xanım kimi deyirsiniz ki, "Məni çəkdi və söz verdi ki, heç yerdə paylaşmayacaq". Video sizi çəkən insan tərəfindən sosial mediaya yayılmayıb. Kim yayıbsa çox tərbiyəsizcəsinə hərəkət edib. Görüntülərin kimin tərəfindən yayıldığını çox yaxşı bilirsən. Ona görə, də artistlik etmə. Xalqı aldatmaq olmaz.

Siz içdiyinizin limon suyu olduğunu deyirsiniz. Qoy olsun. İçki məclisidir, əgər orda söyüş söyürlərsə sizin gücünüz çatmırsa, qalxıb oradan getmıəli idiniz. Əgər, həmin məkanda qalmısınızsa deməli etdiyiniz bu hərəkət Azərbaycan qadının adına böyük ləkədir.

Orada müğam oxuyarkən, sizə zarafatyana sözlər deyirdilər. O anda da durub məkanı tərk etməliydiniz. Bizim musiqi və muğam sənətimizi təhqir etmisiz". 

Teymur Məmmədov