-
- 28-09-2019, 14:30
- 1 221
"Maşın şou"da iştirak etmək əsəblərə ziyandır.." - TALEH YÜZBƏYOV
Aktyor Taleh Yüzbəyov qalalarının birində kameralarımıza tuş gəlib.
News24.az-a açıqlamalar verən aktyor bildirib ki,iş adamları gənc aktyorlara dəstək olmalıdırlar.
"Müəyyən dövrdə daha çox yerli filmlər çəkilirdi. İndi isə əksinə, azalmalar var. Düşünürəm ki, özəl sektor, həmçinin də, dövlət tərəfindən dəstək olmalıdır. Çünki kinomuz inkişaf etmək istəyir. Vergilərdən, müəyyən öhdəliklərdən azad edilərsə, kinomuz daha çox inkişaf edər. Çox filmlərdə çəkilmək təklifi almağım normal haldır. Amma mən təkliflərin az, amma keyfiyyətli olmasını istərdim".
Taleh Yüzbəyov sonuncu qalmaqallı müsahibəsindən də danışıb:
"Heyif ki, o başlıqla çıxdı. Əslində müsahibənin özü daha yaxşı idi. Arzu edirəm ki, jurnalistlər daha vicdanlı olsunlar. Dəfələrlə başlıqlarla bağlı problem yaşamışam. Onlara əsəbləşəndə söymürəm, status yazıram".
Aktyor söhbət əsnasında "Maşın şou"ya qatılacağı haqda deyilənlərə aydınlıq gətirib:
"Yox, elə bir niyyətim yoxdur. Ard-arda orada iştirak etmək olmaz çünki əsəblərə ziyandır".
Sevda Bayramova
VİDEO - Fərid Şabanov