-
- 30-10-2019, 13:01
- 909
"İndi "İnstagram"dan hoppananlar ortalıqdadır" - FƏRDADAN SƏRT SÖZLƏR - VİDEO
"Bizim də, az yaşımız yoxdur və əgər, insan 24 il eyni sahədə çalışırsa, artıq peşəkar sayılır. Zamanla təcrübə toplanır. 29 dekabrda mənim Heydər Əliyev Sarayının səhnəsində solo-konsertim olacaq. Adı da, belə olacaq "Nə vaxtdır, vaxtdır". Hər kəsi orada gözləyəcəm, görərsiniz, kim daha yaxşıdır".
Bu sözləri News24.az-a açıqlamasında aktyor Fərda Xudaverdiyev bildirib. O, qeyd edib ki, sevənləri ilə tez-tez görüşüb, yeni işlərini nümayış etdirəcək. Aktyor həmçinin Xalq artisti Rasim Balayevin bir müddət əvvəl gənc aktyorlar haqda danışdığı mənfi rəylərdən də söhbət açıb:"Yəqin köhnə aktyorlara da vaxtında dəstək olunmayıb ki, indi ənənəni pozmurlar. Sonuncu qərarı həmişə tamaşaçılar verir. İndi bütün aktyorlar filmlərdə rol alır. Ən peşəkarından, zəifinə qədər hər kəs özünü filmlərdə sınayır. Amma nədənsə sonda ad çəkiləndə "Fərda belə getdi, Elməddin belə gəldi, Müşfiq onu elədi" deyirlər. Bir az məşhurlaşan kimi qarşı tərəfdə paxıllıq yaranır. Bu, normal haldır, amma bizimkilərdə bu hiss həddindən artıqdır, tonladır. Bu, normal haldır, amma bizimkilərdə bu hiss həddindən artıqdır, tonladır. Bizdə 99% dünyaya gələndə belə qurdlu doğulurlar.
Bir müddət sonra bu dayanmalıdır, çünki istəsən də-istəməsən də qarşındakinin uğuruna mane ola bilməyəcəksən. Hər birimiz tamaşaçılarımız üçün çalışırıq. Mən aylarla efirə çıxmasam da, onlarını mənə maraqları, istəkləri ölmür. Sağ olsunlar ki, bəzi ağızları elə onlar bağlayırlar. Bu dəqiqə efirdə baş verənlər bizim reallığımız deyil. Daha yaxşı işlər görəcəyik. Buna əmin ola bilərsiniz. İndi işi daha çox sevənlər kənarda qalıblar, amma "İnstagram"dan hoppananlar ortalıqdadırlar. Çox təəssüf ki, efirlərə onları dəvət edirlər".
Aktyor xasiyyət baxımından olduqça küsəyən olduğunu vurğulayıb: "Çox tez inciyənəm. Allah xasiyyətimi kəssin. Küçədən keçən bir uşağın mənə atdığı sözdən belə inciyə bilərəm, ürəyim qırılar. Hiyləgərlər xasiyyətimə bələddilər, ona görə də üstümə çox gəlirlər. Amma artıq daşlaşmışam. Ancaq işə köklənmişəm, onun da nəticəsini görəcəksiniz".
Sevda Bayramova
Video - FOTO: Fərid Şabanov