"Qeyri-peşəkarları aktyor adı ilə millətə sırımaq..."- Sənətçidən ETİRAZ
    • 25-04-2020, 15:38
    • 811

"Qeyri-peşəkarları aktyor adı ilə millətə sırımaq..."- Sənətçidən ETİRAZ

Gənc aktyor Ziya Ağa artıq gündəlik seriallarda çəkilməyəcək.

News24.az xəbər verir ki, aktyor bu haqda "İnstagram"da yazıb: "Bu postu paylaşmaqda məqsədim həm izləyicilərin suallarına ümumi cavab vermək, həm də rejissorlara "yox" deməkdən özümü uzaqlaşdırmaqdır... Çünki bilirəm, o rejissorların hər biri necə böyük sevgi və istəklə bu işi görürlər. Bizim gördüyümüz ekran işi ( sevdiyiniz və sevmədiyiniz seriallar ) sadəcə, mövcud şəraitin nəticəsidir. İnanın mənə, bu, onların ( təbii ki, bəziləri istisnadır ) bacarıqlarının nəticəsi deyil. Qətiyyən, heç kimi qınamıram. Yaradıcı heyətdən tutmuş ən kiçik işi görən personala qədər başa düşürəm ki, hansı şəraitin əsiridirlər (yaxşı mənada ). Hər kəsin düşüncəsinə və öz düşüncəsinin nəticəsi olan əməllərinə böyük hörmət ilə yanaşıram. Qınadığım, daha doğrusu, belə olmasını istəmədiyim bircə məqam var, o da, qeyri-peşəkar insanları aktyor adı altında millətə sırımaqdır. Əlqərəz, artıq gündəlik seriallara çəkilməkdən imtina etmişəm. Yəni bu gündən sonra da uzun müddət gündəlik seriallara çəkilmək niyyətim yoxdur. Bəlkə nə zamansa ola bilər, ancaq bu yaxın illər ərzində olmayacaq. Sadəcə istəmirəm və hələ ki, dözürəm...Tanrı böyükdür, bizim düşündüyümüzdən də böyükdür. Məni izləmək istəyənlər isə çalışdığım teatrlardan hər hansı birinə üz tuta bilər. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Yuğ Dövlət Teatrının, "M-teatr" Özəl Teatrının və "Rebus" Özəl Teatrının tamaşalarına gəlib məni izləyə bilərsiniz".  

Sevda Bayramova