-
- 28-09-2019, 14:33
- 1 183
News24.az yazdı - 16 saylı Texniki Humanitar liseydəki problem həll olundu
News24.az-ın işıqlandırdığı növbəti problem həllini tapıb.
16 saylı Texniki Humanitar liseyin valideynləri və müəllimlərinin direktor Aynurə Hacıyeva ilə bağlı redaksiyamıza daxil olan şikayəti əsasında yazı hazırladıq. Eyni zamanda, problemlə əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) sorğu ilə müraciət etdik.
BTŞİ-dən sorğuya cavab olaraq bildirildi ki, Bakı şəhəri 16 nömrəli texniki-humanitar Liseydə rus bölməsi üzrə vakant olan kimya, fizika və informatika fənləri üzrə dərs saatları elektron sistemə daxil edilməsinə baxmayaraq həmin yerlər tutulmayıb: “Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən kadr ehtiyacının təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb, liseydə rus bölməsi üzrə fizika və kimya fənnindən vakant olan dərs saatlarının əvəzçilik qaydasında tədrisi üçün digər məktəblərdən müəllimlərin cəlb edilməsi artıq təmin edilib. Eləcə də liseyin rus bölməsi üzrə informatika fənninin tədrisi üçün kadr ehtiyacının təmin edilməsi istiqamətində zəruri tədbirlər görülməkdədir.
Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.
Xatırladaq ki, valideynlər bildiriblər ki, direktor Aynurə Hacıyeva rus bölməsində oxuyan uşaqları sıxışdırır: “Hansısa müəllimlə şəxsi münasibətinə görə rus bölməsini bağladı, valideynlərin etirazından sonra bərpa elədi. Amma indi də sinfə üç fəndən dərs deyən müəllim gətirmir. Uşaqlarımız ibtidai sinifdən travma aldılar. Onların günahı nədir? Bir müddət əvvəl rus bölməsini tamam bağlayırdılar, biz ölkə başçısına şikayət etdikdən sonra rus sektoru bərpa olundu. İndi də direktor bizdən bunun hayıfını çıxır. Məktəbdə fizika, kimya, informatika müəllimi yoxdur. Uşaqlara bu dərslər tədris olunmur. Belə olmaz axı... İbtidai sinifdə oxuyan uşağın təhsil təməli belə qoyulur”.
Valideynlər iddia edir ki, direktor paralel sinifdə dərs deyən iki müəllimlə mübahisəsi yarandıqdan sonra məktəbdə rus bölməsinə aqressiv münasibət sərgiləyir: “Direktor şəxsi problemlərinə görə, uşaqları, valideynləri niyə incitməlidir? Müəllimlərə niyə problem yaratmalıdır? Müəllimlərə işləmək imkanı vermir. Şəhərin mərkəzində olan məktəbə boş vakansiya açmır ki, yeni müəllim gəlsin. Bizim uşaqların günahı nədir ki, təhsizlsiz qalıblar. Onun bir müəllimlə münasibəti pisdirsə, bütün sinifdən acıq çıxmaq haqqını kim ona verib?”
Şikayət edən digər valideynlər də məktəbdəki başqa çətinliklərdən danışıblar: “11- ci sinfə venetka üçün fotoqraf gətirmək istədik, direktor qoymadı. Dedi, ancaq biz dediyimiz fotoqraf olmalıdır. Eyni zamanda, dərsdən sonra məşğələlərə də icazə vermədi. Valideynlərin çoxu işdə olur. Dərsdən sonra müəllimə uşaqları hazırlaşdırırdı, ona da qadağa qoydu. Təsəvvür edin, bu xanım 9-cu sinfin rus bölməsini bütünlükdə 8 nömrəli məktəbə keçirdi”.
Afaq Mirayiq