-
- 30-09-2019, 20:38
- 919
Prezidentin vəzifədən azad etdiyi icra başçısından açıqlama: "Allah prezidentimizin canını sağ eləsin"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ənvər Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
News24.az xəbər verir ki, bundan sonra eks icra başçısının səlahiyyətlərini Vahid Tağıyev yerinə yetirəcək.
Maraqlıdır, işdən çıxarılma xəbərini sabiq icra başçısı necə qarşıladı? Redaktor.az-a açıqlama verən sabiq başçı xəbərə çox müsbət yanaşdığını deyib: "Allah prezidentimizin canını sağ eləsin. Bundan sonra məqsədim ancaq dövləti və dövlətçiliyi qorumaq, Prezidentin arxasınca getmək, onun tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək olacaq. Mənim 70 yaşım var. İş olsa, işləyəcəyəm, olmasa da, eybi yox. Ancaq qəlbən cənab prezidentə dəstək nümayiş etdirəcəyəm”.