Oksana əməliyyat olunacaq -əməliyyatdan sonra fəsadı ola bilər
    • 1-10-2019, 00:01
    • 919

Oksana əməliyyat olunacaq -əməliyyatdan sonra fəsadı ola bilər

Rəqqasə-aktrisa Oksana Rəsulova cərrahiyyə əməliyyat etdirəcək.
News24.az xəbər verir ki, sənətçi bu barədə "ATV maqazin onlarla" proqraqmında danışıb:
"Dizimdə yırtıq yaranıb, nəinki müalicə, əməliyyat etdirmək lazımdır. Belə yırtıq peşəkar idmançılarda və rəqqaslarda olur. Əməliyyatdan qaçıram, və başqa istiqamətlərdə müalicə aparıram. Amma alınmır. Rəqs edərkən yox, oturub-duranda əziyyət verir. Deyirlər, əməliyyatdan sonra fəsadı ola bilər. Ona görə də çəkinirəm".
Rəsulova dizindəki bu xəstəliyin irsi olduğunu da dilə gətirib.