Sabah jurnalistlərdən çıxarış üçün SƏNƏDLƏR TOPLANACAQ
    • 1-10-2019, 11:10
    • 630

Sabah jurnalistlərdən çıxarış üçün SƏNƏDLƏR TOPLANACAQ

1 Oktyabr, 201910:51Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın 2-də, saat 10:00-da ölkə başçısı İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək,

 jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq.
Bu barədə  News24.az-a Dövlət Komitəsindən məlumat verilib.
Tədbir oktyabrın 2-də saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq.
Tədbirdə iştirak etmək istəyənlər üçün əlaqə: Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov - 050-235-30-33.