Ucarda ana və qızı İTKİN DÜŞDÜ - FOTO
    • 2-10-2019, 13:55
    • 781

Ucarda ana və qızı İTKİN DÜŞDÜ - FOTO

Ucarda ana və qızı itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, Ucar rayonunun Qaracallı kənd sakini Samirə Xəlilova qızı Zəhra Xəlilova ilə sentyabrın 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Ucar Rayon Polis  Şöbəsinə 020-213-00-53  nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.