Tərtərdə 17 yaşlı qız İTKİN DÜŞDÜ - FOTO
    • 18-12-2019, 12:10
    • 986

Tərtərdə 17 yaşlı qız İTKİN DÜŞDÜ - FOTO

Tərtərdə 17 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, 2002-ci il təvəllüdlü Fatma Məmmədova noyabrın 30-da yaşadığı Tərtər rayonunda yerləşən evdən çıxaraq bir daha geri qayıtmayıb.

Nazirlik itkin düşən şəxsin fotosunu da APA-ya təqdim edib.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tərtər Rayon Polis Şöbəsinə 022-236-30-34 və (055) 211-66-36 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.