Gəncədə iki məktəbli qızı maşın vurub
    • 3-10-2019, 00:41
    • 811

Gəncədə iki məktəbli qızı maşın vurub

Gəncə şəhərində sürücünün idarəetməni itirməsi nəticəsində iki məktəbli qız vurulub.
News24.az xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.
Şəhər sakini Cəlal Mehdiyev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçmək istəyən Nəbiyeva Sevinc Ruslan qızını və Vüsalə Yusifovanı vurub. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta ağırdır.
Hadisə yerinə Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Qəzanın təfərrüatları araşdırılır.