Avtomobillər toqquşdu, süpürgəçi canından oldu
    • 6-02-2020, 01:00
    • 738

Avtomobillər toqquşdu, süpürgəçi canından oldu

Gəncədə yol nəqliyyat hadisəsi zamanı Təmizlik İdarəsinin əməkdaşı dünyasını dəyişib.

News24.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. "Wolsvagen Tuarek" markalı avtomobillə "Toyota Corolla" avtomobili toqquşub.

Hadisə nəticəsində avtomobillərdən biri əraizdə küçə süpürən şəhər Təmizlik İdarəsinin əməkdaşını vurub. Yaralı hadisə yerindəcə keçinib.

Hadisə yerinə Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları dəqiqləşdirilir.