"Müşfiq söyüş qoyub..." -  Rafael və Coşqun sükutu POZDULAR - VİDEO
    • 3-10-2019, 16:24
    • 1 236

"Müşfiq söyüş qoyub..." - Rafael və Coşqun sükutu POZDULAR - VİDEO

"Nə qədər keyfiyyətli işlərimiz olsa, bir o qədər tez-tez bizi görəcəksiniz. Noyabr ayında isə bizim filmimizin təqdimatı olacaq. Müşfiq söyüş qoyub ona görə də, ekran əsəri barədə məlumat verə bilmərik".

Bu sözləri News24.az-a "Bu şəhərdə" komandasının üzvləri, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov deyiblər.

Bir müddət əvvəl Müşfiq Abbasovun "Hamı çəkdi qutardı, indi biz özümüzü göstərək" fikrinə də aktyorlar münasibət bildiriblər: "Bir az iddialı səsləndi, çünki son zamanlarda çoxlu filmlər çəkildi. Biz onların əziyətini itirmirik, imkan tapanda qalalarında iştirak edirik. Uşaqlar istedadlıdırlar, amma kommersiyalı filmlərdə bir az keyfiyyətə və tamaşaçıya hörmətlə yanaşmalıyıq. Tamaşaçıların zövqünü körlamaq günah və qəbahətdir. Gəlin, tələsmədən ölçək-biçək və ortaya normal iş çıxardaq. Amma çox olmağı yaxşıdır. Bu o deməkdir ki, inkişaf edirik. Tamaşaçının gözü tərəzidir qoy onlar da götür-qoy etsinlər".

Əməkdar artistlər film sahəsindəki 11 illik fasilələrindən danışıblar: "Son filmlərimizə baxanda birmənalı şok keçirdirik. Kaş biz onları indiyə kimi saxlayardıq. İndiki tamaşaçılar o ərəfələrdə olan rəqabəti görə bilərdilər. Onlar o zamanlar çəkdilər. Öz səhvləri, əskikləri ilə amma əziyyətlə. Qoy onlar o vaxt üçün qalsınlar. İndi ondan-bundan oğurlamayaq, inkişaf edək, utanmadan, çəkinmədən bir-birimizdən öyrənək. Çünki biz filmlərimizlə Avropaya çıxmaq istəyirik. Bu yolda hər kəsə uğurlar arzu edirik".

Sevda Bayramova
Video: Fərid Şabanov