-
- 4-10-2019, 11:27
- 1 402
İrandan gələn avtomobildə 3800 ədəd siqaret AŞKARLANDI
Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil gömrük nəzarəti zonasına daxil olarkən şifahi, elektron və yazılı bəyannamə təqdim etməyib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nəqliyyat vasitəsinə gömrük baxışı zamanı minik maşınının ön sağ təkərinin üzərindəki qanadın içərisində olan zavod konstruksiyasındakı, yük yerinin daxilində - yanacaq çəni ilə oturacağın arasında və mühərrik olan hissədəki boşluqlardan gömrük nəzarətindən gizlədilən 3800 ədəd "Parliament super slim" markalı siqaret aşkarlanıb.